AZ

O, kilsəni "Daşnaksütyun"la birləşdirib "erməni inqilabi kilsəsi" adlandırmağı təklif etdi...

"İki böyük toplantı keçirib Erməni Apostol Kilsəsini Erməni İnqilabi Federasiyası("Daşnaksütyun" partiyası-S.L.) ilə birləşdirib, Erməni Apostol Federasiyası və ya Erməni İnqilabi Kilsəsi adlandırmaq olar". 
 
Moderator.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Arsen Torosyan “Facebook” səhifəsində yazıb.
 
“Dünən parlamentdə "Daşnaksütyun"dan olan deputatlar kilsəni müdafiə etmək üçün dəridən-qabıqdan çıxırdılar. Artıq səhnənin özünü maraqlı hesab etmək olar, çünki "Daşnaksütyun" və Erməni Apostol Kilsəsi ənənəvi olaraq bir-birinə rəqib olub. Xüsusən də diasporada öz təsirlərini bərqərar etməkdə... İndi isə hakimiyyət həvəsi ucbatından onların yolları kəsişməyə başlayıb. Dünən həmkarlarım deyəndə ki, kilsə və katolikos şəxsən siyasi hərəkata rəhbərlik edir, "Daşnaksütyun"dan  olan deputatlar bunun belə olmadığında təkid etməyə başladılar, amma heç kim şübhə etmir ki, bu, belədir...
 
“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan israr edir ki, bir çox qərarlar qəbul edərkən katolikos və onun digər keçmiş və ya indiki kilsə həmkarları ilə məsləhətləşmək lazımdır. Kilsə “müqəddəs” adlandırdığı bu hərəkatı dəstəkləyən bəyanatlar verir. Müxtəlif kilsə yeparxiyaları Qalstanyanın hərəkətlərini dəstəkləyən bəyanatlar yayırlar. Əgər kilsə bu hərəkata rəhbərlik etməsəydi, onun başladığı andan Qalstanyanı öz sıralarından qovana qədər bir gün belə keçməzdi, amma biz bunun əksini görürük. Bu, kilsənin suverenliyə can atan Ermənistana qarşı mübarizəsindən başqa bir şey deyil”, - deyə deputat vurğulayıb.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
moderator.az

6Mənbələr