EN

Yaxın Şərqdə yeni müharibəyə 24 saat qaldı - Hizbullahdan İsrailə son xəbərdarlıq

Hizbullahın Təl-Əvivə hücumlarından sonra İsrailin Hizbullah liderinin köməkçisini öldürdüyü iddia edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu çərçivədə Livan hesabları və xəbər saytları Yaxın Şərqdə yeni müharibənin 24 saat ərzində başlayacağını bildirib.
 
Hizbullah rəhbərliyi İsraili hədələyərək, \"Əgər sağ qalmaq istəyirsinizsə, Cənuba qaçın” deyib.
  
Bundan başqa, İran bu hücumlara cavab olaraq İsrailin Livana girməsinə qarşı Təl-Əvivə xəbərdarlıq edib.
 
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İsrail haqqında \"Sionistlər bu münaqişədə zərər görəcəklər” deyib.
 
Livan mətbuatında çıxan xəbərlərdə ABŞ-nin hələlik bağlı qapılar arxasında İsrail-Livan müharibəsinin qarşısını aldığı yazılıb.

Digər tərəfdən Livan mediasının Telegram kanallarına əsaslanan xəbərlərdə Hizbullahın hərtərəfli müharibə üçün son hazırlıqlarının tamamlandığı bildirilib.
  
Mikayıl
Chosen
137
21
azxeber.com

10Sources