EN

Benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizdən çox artıb

Benzin

Bakı, 14 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 251,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
42
azertag.az

10Sources