AZ

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faiz artıb

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdisahibkarlar tərəfindən yanvar-may aylarında 26,2 milyard manatlıqməhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, ötən ilinmüvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı0,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,0 faiz artıb.Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faiziemal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faizazalıb, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 faiz,kompüter, elektron və optik məhsulların istehsalı 37,5 faiz, mebelistehsalı 36,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı36,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 faiz,əczaçılıq məhsullarının istehsalı 29,6 faiz, rezin və plastik kütləməmulatlarının istehsalı 25,7 faiz, elektrik avadanlıqlarınınistehsalı 22,2 faiz, geyim istehsalı 21,3 faiz, tütünməmulatlarının istehsalı 18,4 faiz, içkilərin istehsalı 16,0 faiz,dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0 faiz,hazır metal məmulatlarının istehsalı 10,2 faiz, neft məhsullarınınistehsalı 7,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,1faiz, qida məhsullarının istehsalı 4,1 faiz, kağız və kartonistehsalı 2,7 faiz artıb, ağacın emalı və ağacdan məmulatlarınistehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1faiz, poliqrafiya məhsullarının istehsalı 16,6 faiz, maşın vəavadanlıqların quraşdırılması və təmiri işləri 17,4 faiz, sairnəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın vəavadanlıqların istehsalı 19,5 faiz, sair sənaye məhsullarınınistehsalı isə 67,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 4,1 faiz azalıb, sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
5
az.trend.az

10Mənbələr