AZ

Özbəkistanda təbii qazın hasilatı 5,2 faiz azalıb

Milli Statistika Agentliyinin iyunun 22-də dərc edilmiş məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Özbəkistanda təbii qazın hasilatı 18,8 milyard kubmetr təşkil edib.

Fins.az yerli mediayaya istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,2 faiz azalıb.

Nəşrlərdə bildirilir ki, neftin hasilatı da 327,6 min tondan 305 min tona qədər azalıb. Hesabat dövrü üzrə kömürün də hasilatı 1,97 milyon tondan 1,9 milyon tona düşüb.

Eyni zamanda, Statistika Agentliyinin hesabatına görə, bu ilin ilk beş ayı ərzində Özbəkistan qaz kondensatı hasilatını 527,5 min tona qədər artırıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
9
fins.az

10Mənbələr