EN

HadisəQaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

“Far.Az”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.

Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.

Chosen
123
7
far.az

5Sources