EN

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: "Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".

Chosen
110
27
unikal.az

10Sources