Yazını böyüt
Yazını kiçilt
İyunun 12-də, yəni Rusiyada bayram edilən Rusiya Günündə Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin kəndlərindən birində rus əsgərləri nəzarət-buraxılış məntəqəsində dayanmadıqları üçün dinc sakinlərə atəş açıb. İki nəfər xəstəxanaya yerləşdirilib.
Hafta.az xəbər verir ki, bu barədə “ASTRA” telegqam-kanalı öz mənbələrinə istinadla məlumat yayıb.
“İyunun 12-də səhər tezdən sərhəddə yerləşən Lyubeçane kəndində rusiyalı hərbçilər Rusiya nömrəli “Volkswagen Passat” markalı avtomobilə atəş açıblar. Hadisə nəticəsində avtomobildə olan 2 vətəndaş müxtəlif yaralarla xəstəxanaya çatdırılıb.”, - deyə ASTRA mənbələri bildiriblər.