EN

Elektron satınalmalarda orta iştirakçı sayı artıb

Bu ilin yanvar-mart ayları ərzində elektron satınalmalarda orta iştirakçı sayı 6,4 təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövründə bu göstərici 4,1-ə bərabər olub.

Məlumatda dövlət satınalmalarının elektronlaşdırılması ilə bu sahədə optimallığın və hesabatlılığın təmin olunmasına və sahibkarların fəal iştirakına nail olunduğu vurğulanır: “Satınalmalarda bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi Dövlət Xidməti tərəfindən müvafiq sahənin rəqəmsallaşdırılması, rəqabətli və şəffaf satınalma prosesinin təşkilinin nəticəsidir”.

Chosen
94
2
vergiler.az

3Sources