AZ

Elektron satınalmalarda orta iştirakçı sayı artıb

Bu ilin yanvar-mart ayları ərzində elektron satınalmalarda orta iştirakçı sayı 6,4 təşkil edib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövründə bu göstərici 4,1-ə bərabər olub.

Məlumatda dövlət satınalmalarının elektronlaşdırılması ilə bu sahədə optimallığın və hesabatlılığın təmin olunmasına və sahibkarların fəal iştirakına nail olunduğu vurğulanır: “Satınalmalarda bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi Dövlət Xidməti tərəfindən müvafiq sahənin rəqəmsallaşdırılması, rəqabətli və şəffaf satınalma prosesinin təşkilinin nəticəsidir”.

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
fins.az

3Mənbələr