EN

ABŞ-nin dövlət büdcəsinin kəsiri KƏSKİN ARTDI – RƏQƏMLƏR

 

Dünyada ən böyük dövlət büdcəsinə sahib olan ABŞ-də büdcə kəsiri rekord həddə yüksəlib.

 

Sfera.az xəbər verir ki, ABŞ-də federal büdcə kəsiri bu ilin mayında keçən ilin eyni ayı ilə müqayisədə kəskin artıb.

 

2023-cü ilin mayında 240 milyard dollar olan federal büdcə kəsiri, bu ilin mayında 347 milyard dollara yüksəlib. Buna səbəb xərclərin kəskin artmasıdır.

 

ABŞ-də faiz dərəcəsinin yüksək olması, müdafiə və sosial təminat xərclərinin artması büdcədə kəsirin məbləğini artırıb.

 

ABŞ Maliyyə Nazirliyi mayda xərclərin 671 milyard dollara yüksəldiyini bildirib ki, bu da ən yüksək səviyyədir.

 

Bu ilin mayında xərclər əvvəlki ilin may ayına nisbətən 22% artıb. ABŞ-nin dövlət büdcəsinin may ayı üzrə gəlirləri isə cəmi 5 faiz artıb və büdcəyə 324 milyard dollar daxil olub.

 

Qeyd edək ki, ABŞ-də maliyyə ili oktyabrın 1-də başlayıb. Ötən səkkiz ay ərzində büdcə kəsiri 1,202 trilyon dollara yüksəlib. İlin əvvəlindən bu günə qədər əldə edilən gəlirlər əvvəlki ilə nisbətən 10% artaraq 3 trilyon 288 milyard dollar, xərclər isə 4,49 trilyon dollar təşkil edib.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
50
sfera.az

10Sources