EN

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik AŞKARLANDI - FOTO

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib.
Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf sellofana bükülü, ağ rəngdə, toz halında, təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.


Bizim.Media

Chosen
114
8
bizim.media

10Sources