AZ

Təcridxanaya salınan şəxsdən narkotik maddə aşkarlanıb - FOTO

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.

Bu barədə Avtosfer.az-a Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.

Seçilən
87
8
avtosfer.az

10Mənbələr