AZ

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.



Bildirilib ki, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
72
8
nuhcixan.az

10Mənbələr