Pərvanə SULTANOVA [email protected]
"Ukrayna Rumıniyadakı hava bazalarından F-16 qırıcıları üçün hərbi baza kimi istifadə etməyi planlaşdırır".
525.az xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris
YouTube kanalında açıqlamasında
deyib.
“Aydındır ki, əsl məqsəd F-16-ları Rumıniyadakı bazalardan idarə etməkdir. Məhz bu, onların əvvəldən planlaşdırdıqlarıdır", - o bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Avropada Niderlandda yerləşən ilk F-35 qırıcıları iyun ayında alyansın nüvə missiyalarını yerinə yetirməyə hazır olacaq.
Bizi İnstagramda izləyin