EN

ÜST - dən xəbərdarlıq: Dünyanı "X" adlı yeni virus təhlükəsi gözləyir

ÜST-nin Rusiya ofisinin rəhbəri yeni virus təhlükəsinin gözlənildiyini deyir.

Ednews "TASS"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib ki, “Covid” pandemiyasından sonra yeni bir  “X xəstəliyi” gözlənilir və dünya buna hazırlaşmalıdır.

Onun sözlərinə görə, dünya alimləri, epidemioloqlar, səhiyyə ekspertləri təhlükənin real olması fikri ilə razılaşırlar.

“Bəşəriyyət kifayət qədər dəhşətli, çox sayda insanın həyatına son qoymuş ağır COVID-19 pandemiyasından yeni qurtulub. Pandemiya ölkələrin iqtisadiyyatının və bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərib. Məhz buna görə də “X xəstəliyi” narahatlıq və geniş müzakirələrə səbəb olub”, – Batır Berdıklıçev deyib.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
1
ednews.net

10Sources