AZ

Ədliyyə Nazirliyində yeni təyinat

Ədliyyə Nazirliyində yeni təyinat olub.

TEMPİNFO xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Seymur Namaz oğlu Səfərov Ədliyyə Nazirliyinin İnsan Resursları İdarəsinin rəis-müavini (rəis vəzifəsini icra edən ) təyin edilib.

Qeyd edək ki, Seymur Səfərov bu təyinata qədər Vəkillər Kollegiyasının baş katibin müavini vəzifəsində çalışıb.

Bildirək ki, sözügedən idarəyə daha əvvəl Məhərrəmov Rauf Məmmədəli oğlu rəhbərlik edib. Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun qardaşı olan Rauf Məhərrəmov bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Onunla yanaşı İnsan resursları idarəsinin rəis müavini Mahmudov Rəsul Fərman oğlu da işdən çıxarılıb.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
tempinfo.az

10Mənbələr