AZ

Rəqəmsal Transformasiya Mərkəzi startaplara inkişaf üçün platforma təklif edir -Mikayıl Cabbarov

Rəqəmsal Transformasiya Mərkəzi startaplara inkişaf üçün platforma təklif edir.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku Investment Day (BakuID24)" tədbirində deyib.

Onun sözlərinə görə, bilik iqtisadiyyatının rolu kontekstlə əlaqəlidir.

"Bəşəriyyət tarixində heç vaxt biliklər bu cür əhəmiyyət daşımayıb və millətin tərəqqisi ilə birbaşa əlaqəyə malik olmayıb. Bunu qəbul etməklə bilik iqtisadiyyatının nə qədər önəmli olduğunu, həmçinin, onun ətrafındakı ekosistemi inkişaf etdirmək və dəstəkləməyin nə qədər vacib olduğunu anlayacağıq", - o deyib.

Nazir bu yaxında startaplar və novatorlar üçün bir sıra stimulları nəzərdə tutan qanunvericiliyin qəbul olunduğunu xatırladıb.

"Hələ yolun başlanğıcındayıq. Biz sıfırdan başlamırıq. Ötən il bu, Bakıda artıq müzakirə olunub. İnnovasiya siyasəti və görüşünü daha aydın yazmaq lazımdır və bunun üçün keyfiyyətli töhfə lazımdır. Bu sessiya başlamazdan əvvəl bizim artıq müzakirəmiz olub və həmkarımız, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini startaplarımızın bir sıra sahələrdə qanunvericilikdəki natamamlıqlar ucbatından üzləşdikləri problemlərdən xəbər verib. Bu, fəaliyyətimizin ikinci istiqamətidir: maliyyə vəsaitinə çıxış imkanı və vençur kapitalı üçün cəlbedicilik də daxil olmaqla, ekosistemin mövcudluğunu təmin etmək", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
ikisahil.az

10Mənbələr