EN

Təcridxanaya gətirilmiş şəxsin qəbulu zamanı ona məxsus geyimdə narkotik maddə aşkarlanıb

Təcridxanaya

Naxçıvan, 12 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən İstintaq Təcridxanasına gətirilmiş həbs olunmuş şəxsin qəbulu zamanı ona məxsus əşyalarda narkotik maddə aşkar edilərək götürülüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qayda”larının tələbləri əsasında həbs olunmuş şəxs Əliyev Nurlan Rasim oğlu İstintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən ona məxsus əl çantasındakı şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram olan psixotrop maddə metamfetamin aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
5
azertag.az

10Sources