EN

Rusiyada mina partladı: “Rossiya 24”ün operatoru yaralandı - VİDEO

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində minanın partlaması nəticəsində “Rossiya 24” telekanalının operatoru yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

Mənbə yazır ki, telekanal əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qarın boşluğundan və sol çiynindən qəlpə yaraları alıb. Həkimlər onu əməliyyat ediblər.

Operatordan başqa üç hərbçi də yaralanıb. Onlardan biri əzalarından aldığı yaralarla 2 saylı Belqorod xəstəxanasına çatdırılıb, iki nəfərə tibbi yardım göstərilib.
 

Bizim.Media
Chosen
84
7
bizim.media

8Sources