AZ

“Rossiya 24” telekanalının operatoru canlı yayımda minaya düşdü

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində minanın partlaması nəticəsində “Rossiya 24” telekanalının operatoru yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

Məlumatda bildirilir ki, telekanal əməkdaşı ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, qarın boşluğundan və sol çiynindən qəlpə yaraları alıb. Həkimlər onu əməliyyat ediblər.

Məlumatlara görə, operatordan başqa üç hərbçi yaralanıb. Onlardan biri əzalarının yaraları ilə Belqorod şəhər 2 saylı xəstəxanaya çatdırılıb, iki nəfərə tibbi yardım göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7
veteninfo.az

8Mənbələr