EN

Fransanın sözdə ifadə azadlığı ifşa edildi - Radio işçisi tənqidlərə görə işdən qovuldu

Fransalı komediya aktyoru Qiyom Meris İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlərinə görə “Radio France” milli yayımında işindən qovulub.

Fransız komediya ustası Meris radioda yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işindən qovulub.

“Radio France” bildirib ki, komediyaçının böyük səhvinə görə onunla əmək müqaviləsinə vaxtından əvvəl xitam verib. İcraiyyə Şurasının sədri Sibile Veil komediyaçının işdən çıxarılması ilə bağlı “Le Monde”-yə açıqlamasında vurğulayıb ki, bu qərar Merisin inadkarlığı və dəfələrlə sədaqətsizliyi səbəbindən verilib.

“Qurum daxilində ifadə azadlığı və yumor heç bir şəkildə hədəf alınmayıb”, – deyən Veil bildirib ki, komediyaçıya dəfələrlə xəbərdarlıq edilib ki, tənqidi çıxışlarını dayandırsın: “Bizə işdən çıxarmaqdan başqa çarə qoymadı”.

Qeyd edək ki, Avropa Yəhudiləri Təşkilatı oktyabrın 29-da proqramda Netanyahuya qarşı tənqidi və yumoristik açıqlamalarından sonra Qiyem Merisi şiddəti təşviq etdiyi və antisemit nifrət yaydığı əsasıyla şikayət etmişdi.//Konkret.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
14
musavat.com

10Sources