AZ

Fransada radio aparıcısı Netanyahunu tənqid etdiyi işini itirib

Fransalı komediya aktyoru Guillaume Moris İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlər səsləndirdiyinə görə "Radio France" milli yayımında işindən qovulub. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, Fransız komediya ustası Moris "Radio France"a bağlı "Radio Inter"də yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işindən qovulub. "Radio France" bildirib ki, komediya aktyorun "böyük səhvinə görə əmək müqaviləsinə vaxtından əvvəl xitam verib". "Radio France" İcraiyyə Şurasının sədri Sibyle Veil komediyaçının işdən çıxarılması ilə bağlı "Le Monde"a verdiyi açıqlamada bu qərarın Morisin "inadkarlığı və dəfələrlə sədaqətsizliyi" səbəbindən verildiyini bildirib. Qurum daxilində "ifadə azadlığı və yumorun heç bir şəkildə hədəf alınmadığını" iddia edən Veil, komediyaçının xəbərdarlıqlara baxmayaraq çıxışlarını davam etdirdiyini və onlara işdən çıxarılmaqdan başqa çarə qoymadığını iddia edib. Avropa Yəhudiləri Təşkilatı oktyabrın 29-da proqramda Netanyahuya qarşı tənqidi və yumoristik açıqlamalarından sonra Guillaume Meurice-i “şiddəti təşviq etdiyi və antisemit nifrət yaydığı” əsasıyla şikayət edib. Fransız komediya ustası mayın 2-də fəaliyyətini dayandırıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
13
bizimyol.info

10Mənbələr