AZ

Fransada radio işçisi tənqidlərə görə işdən qovuldu

Fransalı komediya aktyoru Qiyom Meris İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlərinə görə "Radio France" milli yayımında işindən qovulub.

Olaylar.az konkret.az-a istinadən xəbər verir ki, komediya ustası Merisin radioda yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işdən qovulduğu qeyd olunub.

"Radio France" bildirib ki, komediyaçının böyük səhvinə görə onunla əmək müqaviləsinə vaxtından əvvəl xitam verib. İcraiyyə Şurasının sədri Sibile Veil komediyaçının işdən çıxarılması ilə bağlı "Le Monde"yə açıqlamasında vurğulayıb ki, bu qərar Merisin inadkarlığı və dəfələrlə sədaqətsizliyi səbəbindən verilib.

"Qurum daxilində ifadə azadlığı və yumor heç bir şəkildə hədəf alınmayıb", - Veil bildirib. Onun sözlərinə görə, komediyaçıya dəfələrlə xəbərdarlıq edilib ki, tənqidi çıxışlarını dayandırsın: "Bizə işdən çıxarmaqdan başqa çarə qoymadı".

Qeyd edək ki, Avropa Yəhudiləri Təşkilatı oktyabrın 29-da proqramda Netanyahuya qarşı tənqidi və yumoristik açıqlamalarından sonra Qiyem Merisi şiddəti təşviq etdiyi və antisemit nifrət yaydığı əsasıyla şikayət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
14
olaylar.az

10Mənbələr