EN

Şagirdi döyən işçi məktəbdən qovuldu- VİDEO

İyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb.

Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
5
redaktor.az

10Sources