AZ

Hadisə / VideoBakıda məktəblini döyən mühafizəçi işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB - ANBAAN VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakıda məktəbdə şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olunub.

Bu barədə Səbail rayonu 189-190 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Vurğulanıb ki, məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".

***13:34

Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.

Baş verən hadisənin görüntülərini təqdim edirik:

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
far.az

10Mənbələr