AZ

Bakıda məktəbdə mühafizəçi şagirdi niyə döyüb? - Səbəbi açıqlandı - VİDEO

Bakıda Səbail rayonunda məktəbdə texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Day.Az xəbər verir ki, hadisənin iyunun 7-də baş verdiyi bildirilir.

"Məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb. O bildirib ki, şagird məktəbin idman zalının pəncərəsindən çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısı bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir", - DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
day.az

10Mənbələr