EN

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs planını müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Tərəflər Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planını müzakirə ediblər. Millerin sözlərinə görə, Blinken İsrailin sazişə sadiqliyini yüksək qiymətləndirib və həmçinin onun keçməsinə görə məsuliyyətin Fələstinin radikal HƏMAS hərəkatının üzərinə düşdüyünü təkrarlayıb.

Amerikalı diplomat İsrail hərbi idarəsinin rəhbəri ilə görüşü zamanı Qəzzada atəşkəs təklifinin İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına, o cümlədən regionda gələcək inteqrasiya imkanlarına cavab verəcəyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
35
musavat.com

10Sources