AZ

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs planını müzakirə edib

ABŞ Dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Dövlət katibi və müdafiə naziri girovların azad edilməsi ilə bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzaya humanitar yardım göstərmək təklifini müzakirə ediblər", - deyə o bildirib.

Miller deyib ki, Blinken İsrailin sazişə sadiqliyini təqdir edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
35
sia.az

10Mənbələr