AZ

ABŞ fələstinlilərə 404 milyon dollar humanitar yardım edəcək

ABŞ administrasiyası Qəzza zolağı və İordan çayının qərb sahilindəki Fələstin əhalisinə 404 milyon dollar dəyərində humanitar yardım edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Sənəddən belə çıxır ki, Birləşmiş Ştatlar Qəzza zolağı, İordan çayının qərb sahili və bölgədəki mülki fələstinlilərə dəstək üçün həyati vacib humanitar yardım olaraq əlavə 404 milyon dollar ayıracaq. Amerika Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, bu vəsait xüsusilə fələstinliləri qida, dərman və müvəqqəti mənzillə təmin etmək üçün istifadə olunacaq. ABŞ digər ölkələri fələstinlilərə kömək üçün əlavə vəsait ayırmağa çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, onlar bütün girovların azad edilməsini və humanitar yardımın əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də bütün köçkünlərin Qəzzadakı bölgələrə qaytarılmasını nəzərdə tutan, hazırda nəzərdən keçirilən hərtərəfli atəşkəs sazişini müzakirə ediblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
35
operativmedia.az

10Mənbələr