EN

Cəngəllikdə 50 il sivilizasiyadan kənar yaşayan cütlük tapıldı - FOTO/VİDEO

ABŞ-lı bir cütlük 50 ildir cəngəllikdə yaşayır.


1970-ci illərin sonundan bəri Dano və Robin cütlüyü Vaialua vadisində (Havay, ABŞ) öz əlləri ilə tikdikləri evdə cəngəlliyin ortasında yaşayırlar. Onların evi ən yaxın şəhərdən 20 mil aralıda, hər şeydən, hətta ərzaq mağazalardan belə uzaqda yerləşir.

 

Sfera.az bildirir ki, “YouTube”da 2,95 milyon abunəçisi olan amerikalı rejissor Piter Santenello bu yaxınlarda cütlüyün ziyarətinə gəlib.


Cütlük onilliklər ərzində həyatlarını öz yanaşmalarına uyğun formalaşdırıblar: 30 ildən artıqdır ki, televizor görmürlər, interner və “Google”dan da mümkün qədər uzaq qaçırlar.

 

Dano və Robin evlərinin ətrafındakı iki hektar ərazidə tapılan təbii resurslar hesabına yaşayırlar. Yığılan kakao paxlalarından qəhvə hazırlayır, tərəvəz və meyvə yetişdirir, maral ovlayır və müalicə üçün otlardan istifadə edirlər.


Piter Santenello cütlüklə internetsiz adi bir gün keçirib və yeni təəssüratlarını paylaşıb.

 

San Dieqoda doğulub böyüyən Dano deyir: "Bu həyat tərzinin o  qədər qeyri-adi olduğunu deməzdim, amma elə olur, həftələrlə Robindən başqa heç kimi görmürəm".

 

Məlum olub ki, cütlük Havay cəngəlliyində tanış olublar: həmin vaxt Robin əvvəlki evliliyindən olan iki yaşlı qızı ilə artıq sivilizasiyadan uzaq yaşayırdı. Dano saxladığı keçiləri axtararkən təsadüfən onun evinə rast gəlib və maraqlanmağa başlayıb.


"Evə qalxdım və dedim: Robin, keçi südü ilə qəhvə içə bilərəmmi”? 

 

İndi cütlük dörd uşaq böyüdür. Qızlarından biri artıq Yeni Zelandiyada öz evini tikib, digəri isə Portlenddə mənzil alıb.

 

Peter Santenellonun videosu “YouTube”da yayımlandıqdan sonra yüzlərlə insan bu həyat tərzi haqqında fikirlərini bölüşməyə başlayıb. 

 

"Vay, bu mənim bütün ailəmin arzusudur". 

 

“60 yaşım var. Dünya o qədər cızığından çıxıb ki, mən ailəmi dolandırmaq və lazım gələrsə, belə şəraitdə yaşamaq haqqında düşünürəm”.

 

"Mən də buna çalışıram. Sülh və sakitlik. Təbiətlə əlaqə. Xoşbəxt həyat”. 

 

Video 1,5 milyona yaxın baxış, minlərlə şərh və bəyənmə toplayıb.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
50
sfera.az

10Sources