EN

Finlandiya Rusiya təyyarəsinin hava məkanını pozduğunu açıqlayıb

Rusiya təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində Loviisa şəhəri yaxınlığında Finlandiya hava məkanını pozub.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen departamentin rəsmi saytında dərc olunan bəyanatında bildirib.

 

"Biz iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və dərhal araşdırmaya başlanılıb", - Finlandiya Müdafiə Nazirliyinin rəhbəri insidentlə bağlı bildirib.

 

Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, pozuntu iyunun 10-da səhər saatlarında baş verib. İddialara görə, təyyarə qonşu ölkənin hava məkanında iki dəqiqəyə yaxın qalıb və sərhədin 2,5 km içərisini ən dərin nöqtəsində keçib.

 

Bəyanatda hadisənin araşdırılmasına ölkənin Sərhəd Xidmətinin cavabdeh olduğu dəqiqləşdirilir.

 

Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb Ukraynaya hərbçilərin göndərilməsi imkanlarını dəyərləndirib. Onun sözlərinə görə, Helsinki belə bir addım atmağa hazır deyil, Kiyevə başqa müxtəlif yollarla kömək etməyə hazırdır.

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
133
50
oxu24.com

10Sources