AZ

Finlandiya prezidenti Ukrayna üzrə sammitdə iştirak edəcək

İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda Finlandiya prezidenti Aleksandr Stubb iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, sammitdə sülh prosesinin qısa və uzunmüddətli mərhələləri və sülhün həllində kimin iştirak etməli olduğu məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib. 

Seçilən
96
50
operativmedia.az

10Mənbələr