AZ

Şolts: “Rusiya-Ukrayna münaqişəsinin yekunları növbəti sülh sammitində həll olunacaq”

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması növbəti sülh sammitində həll olunacaq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Şolts Almaniyanın ZDF kanalına müsahibəsində deyib.

Onun fikrincə, növbəti sammitdə mütləq Rusiya Federasiyasından olan nümayəndələr iştirak etməlidir.

Almaniya kansleri Ukraynada müharibə başlamazdan əvvəl və sonra Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar apardığını xatırladıb və qeyd edib ki, yenidən Rusiya lideri ilə görüşə bilər:

"Mən həmişə deyirdim ki, bunu bir daha edəcəm, amma bunun üçün doğru an lazımdır - bunun mənalı olması üçün müzakirə mövzusu olmalıdır".

Bizim.Media

Seçilən
121
50
bizim.media

10Mənbələr