EN

AVRO-2024: UEFA prezidentinin favoritləri

UEFA prezidenti Aleksander Çeferin AVRO-2024-ün favoritlərinin adını çəkib.

İdman.biz xəbər verir ki, Avropa ali futbol qrupunun rəhbəri çempionatda 4 yığmanı şanslı hesab edib.

Çeferin meydan sahibi Almaniya, Fransa, İngiltərə və Portuqaliyanı turniri qazanmağa daha şanslı sayıb. O, İspaniyanı da qiymətləndirməməyin düzgün olmadığını bildirib. UEFA prezidenti Niderland, Belçika və Xorvatiyanın sürpriz komanda olduğunu açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-də start götürəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
50
idman.biz

10Sources