EN

Vinisius Junioru təhqir edənlər həbs olunub

"Valensiya"nın üç azarkeşi "Real"ın hücumçusu Vinisius Junioru irqi təhqir etdiyi üçün 8 aylıq həbs cəzası alıb. Sport24.az "Marca"-ya istinadən xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas bu qərarın İspaniyada irqçiliyə qarşı mübarizə üçün əla xəbər olduğunu bildirib:
 
"Bu qərar İspaniyada irqçiliyə qarşı mübarizə üçün əla xəbərdir. Çünki bu, Vinisiusa dəymiş ziyanı aradan qaldırır və insanları təhqir etmək üçün stadiona gedən şəxslərə açıq mesaj göndərir".
 
"Valensiya"nın azarkeşlərinə iki il müddətinə futbol matçlarına gəlmək də qadağan edilib. Məhkum olunanlar bütün məhkəmə xərclərini ödəməli olacaqlar.
 
"Real" La Liqanın 2023/24 mövsümünün 35-ci turunda "Valensiya"ya uduzub (0:1). Oyun zamanı Vinisius rəqib azarkeşlər tərəfindən dəfələrlə irqçi təhqirlərə məruz qalıb. Bu səbəbdən, görüş ikinci hissədə dayandırılıb.
 
Qeyd edək ki, braziliyalı forvard oyundan sonra La Liqanı irqçilik təzahürlərinə görə tənqid edib, "Real" isə futbolçusunun təhqir olunması ilə bağlı prokurorluğa şikayət edib. Mayın 23-də məlum olub ki, hadisədən sonra "Valensiya"nın üç azarkeşi həbs edilib, üç gün sonra isə məhkəmə istintaqa başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
34
sport24.az

10Sources