Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsdə 4 kiloqram narkotik vasitə - marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Yaşar Balaşovun barəsində həbs qətimkan tədbiri seçilib.
NAMİQ