AZ

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb VİDEO

Qusar

Quba, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsdə 4 kiloqram narkotik vasitə - marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Yaşar Balaşovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
6
azertag.az

8Mənbələr