EN

Niyam: “Allah eləməsin, mənə “Əməkdar artist” və ya “Xalq artisti” fəxri adını versinlər”

“Arada məni görəndə soruşurlar ki, “Nə zaman sənə “Əməkdar artist” fəxri adını verəcəklər?”. Bu sualdan isə məni gülmək tutur. Allah eləməsin, mənə “Əməkdar artist” və ya “Xalq artisti” fəxri adını versinlər. Çünki o adlar mənlik deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Xəbər - ətər” verilişində deyib.

Sənətçi bildirib ki, nə “Əməkdar artist”, nə də ki, “Xalq artisti” fəxri adını almaq istəyir: 

“Mən bu həyata “Əməkdar artist” və ya “Xalq artisti” fəxri adını almaq üçün gəlməmişəm. Əgər bu fəxri adları almaq istəsəydim, o zaman gərək bu adların peşəsini sona qədər öyrənərdim. Bu fəxri adlardan birini alandan sonra şagirdin olanda ona musiqi notlarını başa sala biləsən. Demişəm ki, gələcəkdə mənə “Əməksevər” adlı bir orden hazırlasınlar. “Əməksevər müğənni” ordeni, “Əməkdar artist” yox. Belə bir medal almağı çox istəyərəm”. 

Rəşad Əliyev, Bizim.Media

Chosen
167
50
bizim.media

10Sources