Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev "Green Card" udub. Moderator.az xəbər verir ki, bu barədə Lent.az-a aktyor özü məlumat verib.
""Green Card" udsam da Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-a rahat gediş gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün görünür bu imkandan istifadə edə bilməyəcəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb",- deyə o bildirib.
![](http://ssl.moderator.az/file/articles/2024/07/05/1720196729_elman-refiyev.jpg)