Müğənni Aygül Səfərova Daxili İşlər Nazirliyinə müraciət edib.
Â
O, sosial şəbəkədə yaydığı müraciətində özünün və ailə üzvlərinin "tiktok" sosial şəbəkəsində təhqir olunduğunu qeyd edib.
Â
Müğənni bildirib ki, özü ilə yanaşı atası və bacısı da sosial şəbəkədə yaradılmış səhifələrdə qeyri-etik formada təqdim edilir və təhqir olunurlar. O deyib ki, bu paylaşımlar yaşlı atasına və tibb işçisi olan bacısına pis təsir edir: " Bacım bu paylaşımlara görə intihar həddinə çatıb".
Â
Müğənni DİN rəhbərliyindən bu şəxslərin tapılıb cəzalandırılmasını xahiş edib.
Tarix: 10 Ä°yun 2024, 11:14Â Â Â