AZ

Müğənni şikayət etdi

Müğənni Aygül Səfərova Daxili İşlər Nazirliyinə müraciət edib.

O, sosial şəbəkədə yaydığı müraciətində özünün və ailə üzvlərinin “tiktok” sosial şəbəkəsində təhqir olunduğunu qeyd edib.

Müğənni bildirib ki,  özü ilə yanaşı atası və bacısı da sosial şəbəkədə yaradılmış səhifələrdə qeyri-etik formada təqdim edilir və təhqir olunurlar. O deyib ki, bu paylaşımlar yaşlı atasına və tibb işçisi olan bacısına pis təsir edir: ” Bacım bu paylaşımlara görə intihar həddinə çatıb”.

Müğənni DİN rəhbərliyindən bu şəxslərin tapılıb cəzalandırılmasını xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
yenigundem.az

5Mənbələr