EN

Goranboyda ağır yol qəzası olub, sürücü ölüb

Goranboyda ölümnə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
175
50
apa.az

10Sources