EN

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasındakı yanğın söndürülüb.
 
Moderator.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Məlumatda deyilir:
 
"Bakı şəhərinin Nəsimi rayonu, Puşkin küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
 
22:56
 
Bakının Nəsimi rayonunun A.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
 
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, polis əməkdaşları cəlb edilib.
 
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
 
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.
Chosen
118
20
moderator.az

10Sources