AZ

Bakıda yaşayış binasında yanğın söndürüldü

Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasındakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Bakı şəhərinin Nəsimi rayonu, Puşkin küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

22:32

Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) üç yanğınsöndürən maşını cəlb edilib.

Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.

Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
20
demokrat.az

10Mənbələr