EN

Cüdoçularımız Avropa Kata çempionatına qatılacaq

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçiriləcək Avropa Kata çempionatında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, iyunun 10-11-də təşkil olunacaq yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

Çempionatda 20 ölkədən 306 cüdoçu mübarizə aparacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.

Qeyd edək ki, idmançılarımız iyunun 12-14-də Sarayevoda baş tutacaq Kodokan seminarında təmsil olunacaqlar.

Nage-no-Kata

Malik Alahverdiyev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori

İbrahim Aslanov - uke

Katame-no-Kata

Rafiq Nəcəfov - tori

Əmrah Əhmədov – uke

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
131
13
apasport.az

10Sources