EN

Neftçalada avtomobil motosikletlə toqquşdu - İki yaralı var

Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində rayonun Kürkənd kənd sakinləri, 2007-ci il təvəllüdlü Hacıyev Hüseyn Ruslan oğlu və 2004-cü il təvəllüdlü Qəribəliyev Əbülfəz İlham oğlu xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Chosen
84
7
bizim.media

4Sources