AZ

Cəlilabadda ağır qəzaya düşənlər fəhlələr imiş – TƏFƏRRÜAT/VİDEO

Cəlilabadda baş verən qəza ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Sadatlı kəndində yerləşən "Kəhriz" istirahət mərkəzinə gedərkən qəzaya düşənlər çiyələk təsərrüfatının işçiləri olub.

Maaşlarını alan 11 fəhlə bu gün işləmədiklərinə görə istirahətə yollanıblar və mikroavtobus qəzaya düşərək kənd ərazisində dərəyə aşıb. Nəticədə 2 nəfər ölüb, daha 4 nəfər yaralı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Sabutay, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
bizim.media

5Mənbələr