EN

AFFA-nın yeni prezidenti məşqçilərin maaşlarını artırdı

Bilindiyi kimi, Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin baş məşqçiləri ilə müqavilələrin müddəti sentyabr ayınadək uzadılıb.

Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

U-19 Elxan Abdullayevə, U-18 Füzuli Məmmədova, U-17 İlham Yadullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Müvafiq yaş qrupları üzrə komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

AFFA-nın yeni rəhbərliyi onların yalnız müqavilə müddətini artırmayıb, eyni zamanda, maliyyə vəziyyətlərini də yaxşılaşdırıb.

Belə ki, federasiyanın prezidenti Rövşən Nəcəfin göstərişi ilə yığmalarda çalışan mütəxəssislər əvvəlki aylarla müqayisədə 40 faiz artıq əməkhaqqı alacaqlar.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
2
sportinfo.az

3Sources