AZ

Yeni rəhbərlik maaşları qaldırdı – Rövşən Nəcəfdən QƏRAR

Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin baş məşqçiləri ilə müqavilələrin müddəti sentyabr ayınadək uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

U-19 Elxan Abdullayevə, U-18 Füzuli Məmmədova, U-17 İlham Yadullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Müvafiq yaş qrupları üzrə komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

AFFA-nın yeni rəhbərliyi onların yalnız müqavilə müddətini artırmayıb, eyni zamanda, maliyyə vəziyyətlərini də yaxşılaşdırıb. (Sportinfo.az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
konkret.az

3Mənbələr